FaktXəbər.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həbs olunmasından sonra, partiya müavinləri və ölkədəki nüfuzlu ilhayyitaçılar və sadə dindarlar saxlanılıb.
Bu gün saytımızın "Qaynar Xətt"inə AİP sədri Mövsüm Səmədovun qaynı Məmmədrzayev Firdovsinin də evindən silah tapılması barədə məlumat daxil olub. Qubadakı evində axtarış aparılarkən Mövsüm Səmədovun qohumu Məmmədrzayevə məxsus evdən 10 ədəd əl qumbarası, 40 ədəd güllə və 1 ədəd avtomat silahın darağı aşkarlanıb.
Mövzu ilə əlaqədar Firdovsi bəylə əlaqə saxladıq və o, evində axtarış aparılması barədə məlumatı təsdiqlədi. "Mən indi Bakı şəhərindəyəm. Uşağımı xəstəxanaya gətirmək üçün şəhərə gəlmişəm. İndi oğlum zəng edib dedi ki, bəs Qubada evimizə polis basqın edib və oradan qumbara, güllə və daraq tapıblar. Polisdən də zəng edib mənim yerim barədə soruşdular"-deyə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun qaynı Məmmədrzayev Firdovsi əlavə edib.
/FaktXeber/