Hollandiyanın Volendam şəhərində yerləşən orta ümumtəhsil məktəbinin rəhbərliyi, dini zəmində ayrı-seçkiliyə yol vermək ittihamı ilə təqsirli bilinib və cəzalandırılıb, - "İslamnyus" xəbər verir.
Bərabər Hüquqlar üzrə Komissiyadan bildirilib ki, bir şagird hicablı olduğuna görə məktəb rəhbərliyi tərəfindən dərslərə buraxılmayıb. Onun dərslərdən uzaqlaşdırılması, valideyinlərini rəsmi qurumlara şikayət etməyə vadar edib.
Ölkənin müvafiq komissiyasının qərarı ilə, məktəbdə təhsil alan şagirdlər öz dini etiqadlarına uyğun şəkildə məktəbə gəlməyə ixtiyarlıdırlar. Buna görə də məktəblinin təhsili bərpa edilib və məktəb rəhbərliyinə xüsusi xəbərdarlıq elan olunub.
/Deyerler.Org/