Boeing-727" təyyarəsinin qəzaya uğradığı yerdə "qara qutu"lardan biri aşlarlanıb. APA-nın məlumatına görə, təyyarə dünən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza zamanı təyyarədə olan 105 sərnişin və ekipaj üzvündən 72-si ölüb, 33 nəfər yaralanıb.
Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hazırda qəzanın baş verdiyi ərazidə xilasetmə işləri davam edir. Əraziyə 70 santimetr qalınlığında qar yağması xilasetmə işlərini çətinləşdirir. İranın nəqliyyat naziri Həmid Behbahani təyyarənin qəzaya uğramasının səbəbinin məlum olmadığını, bu barədə yalnız "qara qutu"ların şifrəsi oxunduqdan sonra açıqlama veriləcəyini deyib.