Oxucu sual verir: Azərbaycanda Ay tutulması baş verdi. Ayat namazını vaxtında qılmayan adam qəza etməlidirmi?
Ayat namazınını qılınma vaxtı Ay tutulması başlayan andan Ay tam açılıb adi vəziyyətinə qayıtdığı ana kimi davam edir. Daha yaxşı olar ki, Ay açılmağa başlamazdan əvvəl ayat namazı başlansın. Hətta Ay tutulması insanların qorxusuna səbəb olmasa belə və Ay tam tutulmasa belə, ayat namazı qılınmalıdır.
Ay açılıb əvvəlki vəziyyətinə qayıdana kimi ayat namazını qılmayan adam sonra bunu qəza etməlidir. Lakin ayat namazının qəzası Ay tam tutulduğu zaman vacib olur. Əgər insan Ay tutulduğu an ayat namazı qılmasa və sonra Ayın tam deyil, qismən tutulmuş olduğunu öyrənsə, qəza etməsi vacib deyil, müstəhəbdir.
Astronomların bildirdiyinə görə, sentyabrın 28-də Azərbaycan ərazisində tam deyil, qismən Ay tutulması müşahidə edilmişdir.