ABŞ dövlət katibi Hillari Klinton İranın nüvə proqramının müzakirəsi və İraqın yeni hökumətinə dəstək məqsədi ilə İran körfəzinə səfər edir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq xanım Klinton körfəz ölkələrinin liderləri ilə yanvar ayının 20-də İstanbulda keçiriləcək nüvə danışıqlarını müzakirə edəcək. Hillari Klinton yola düşməzdən əvvəl müxbirlərə deyib ki, BMT-nin İrana qarşı qarşı sanksiyaları məsələsi də gündəmə çıxarılacaq. Qətərdə dövlət katibi Ərəb ölkələri və 8 sənayeləşmiş dövlətin "Gələcək Forumu" adlı tədbirində iştirak edəcək.