Səudiyyə Ərəbistanın hüquq-mühafizə orqanları 2009 ildə Əl Qaidənin 700 döyüşçünü terroçuluk və beynəlxalq terrora dəstək ittihamı ilə cinayət məsuliyyətinə cəlb edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə, bu barədə Səudiyyə Ərəbistanın Ədliyyə Nazirliyinin nümayəndəsi Abdullla əl-Saad bildirib.
Onun sözlərinə görə, 442 cinayət işi üzrə birinci instansiya məhkəmələri qərar çıxarıb.
Bunların arasında terrorçuluq, terror şəbəkəsi yaratmaq, terrorçuları pulla təmin etmək, onları gizlətmək və sair cinayətlər var.