İsrail hərbçiləri HƏMAS üzvlərinin həbsi ilə bağlı keçirilən əməliyyat zamanı yataq xəstəsi olan fələstinlinin öldürülməsi ilə bağlı üzr istəyiblər. Bu barədə APA "İnterfaks"a istinadən məlumat verir
"İsrail müdafiə ordusu hadisə ilə bağlı təəssüfünü bildirir. Ordunun mərkəzi hərbi dairəsinin komandanı general Avi Mizrahi İordan çayının qərb sahilindəki diviziyanın komandiri Nisan Alondan dərhal hadisəni araşdırmağı və gələn həftə üçün nəticələri təqdim etməyi tələb edib", deyə İsrail müdafiə ordusunun yaydığı kommünikedə bildirilir.
İsrail hərbçiləri cümə günü İordan çayının Qərb sahilindəki Hevron şəhərində 65 yaşlı fələstinli yataq xəstəsi Ömər Qəvasmini onun qonşusunu