Oxucu sual verir: Ev quşlarından (toyuq, qaz, hind toyuğu) qurban kəsmək olarmı?
Şəriətə görə qurbanlıq 4 cür ev heyvanından ola bilər: qoyun, keçi, iri mal və dəvə. Bunlara ümumilikdə ərəb dilində “ənam” deyilir, yəni ev heyvanlar. Qurani-kərimin Ənam surəsinin 143-144-cü ayələrində buyurulur ki, ənam (ev heyvanları) bu dörd növdən ibarətdir. Quranın Həcc surəsinin 28-ci və 34-cü ayələrində isə buyurulur ki, qurban kimi yalnız ənam növündən olan heyvanlar kəsilə bilər. Ev quşlarından qurban kəsilməz. Qurban adı ilə ev quşlarını kəsmək qurbanlıq sayılmaz.