2007-ci ildə İrana qaçmış İraqın şiələrinin lideri Müqtəda əs-Sədr ölkəyə qayıdır. Əs-Sədr orada Qum şəhərində dini təhsilini artıraraq ayətulla dərəcəsinədək yüksəlib.
Hazırda İraqdakı siyasi vəziyyət əs-Sədr üçün 2007-ci ilə nisbətən xeyli dəyişib. Birləşmiş Ştatlar demək olar ki, öz qoşunlarını çıxarıblar. Keçmiş siyasi rəqibi Nuri əl-Maliki isə indi Müqtəda əs-Sədrin hökumət üzrə ortağıdır.
Əs-Sədr 2004-cü ildə koalisiya qüvvələri ilə bir neçə ay döyüşən "Mehdi ordusu"na başçılıq eləyib. Nəticə olaraq qiyamçılar məğlubiyyətə uğrasalar da, əs-Sədr nüfuzunu saxlayaraq siyasi bəyanatlarla çıxış edib. İndi isə o hökumətin adından çıxış edə bilər.