İranda casusluqda şübhəli bilinərək saxlanan ABŞ vətəndaşının adı açıqlanıb. APA-nın İranın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, saxlanan qadın 55 yaşlı Xal Talayandır.
O, bir həftə öncə Norduz keçidində saxlanıb. X. Talayan Ermənistandan İrana vizasız keçib. Axtarış zamanı onun üstündə casus avadanlıqları, o cümlədən dişlərin arasında yerləşdirilən miniatür mikrofon aşkarlanıb.
Saxlanılan Talayan Ermənistana qayıtmaqdan imtina edib, bildirib ki, onu orada ölüm təhlükəsi gözləyir