İran şahının oğlu Əli Rza Pəhləvi Bostonda yaşadığı evdə intihar edib.
APA-nın məlumatına görə, şah ailəsi 44 yaşlı şahzadə Əli Rzanın son zamanlar depressiyadan əziyyət çəkdiyini açıqlayıb. Açıqlama bildirilir ki, "milyonlarla gənc iranlı kimi şahzadə də ölkəsinin mövcud durumundan dərin kədər hissi keçirirdi. Bundan başqa atasının və bacısının vəfatı da şahzadənin psixoloji durumuna pis təsir göstərib.
Xatırladaq ki, İranın son şahı Məhəmməd Rza Pəhləvi 1979-cu ildə İranda baş verən islam inqilabı nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. O bir il sonra Misirdə vəfat edib. Əli Rza Pəhləvinin 31 yaşlı bacısı isə 2001-ci ildə Londonda otellərdən birində dünyasını dəyişib.