Azərbaycanın orta məktəblərində tətbiq edilən hicab qadağası artıq ABŞ mətbuatının səhifələrində də yer tapır.
İnternet qəzetinin verdiyi xəbərə görə, ABŞ mətbuatını təmsil edən "Los Anceles Tayms" insan haqlarının pozulmasından daha çox İranla Azərbaycan arasında münasibətlərin pozulmasından yazıb.
Qəzetin bildirdiyinə görə, İranın mühafizəkar alimləri bir-birinin ardınca bu qadağaya münasibət bildirirlər.
"Los Anceles Tayms" ölkədəki hicab qadağasına etirazlardan yazaraq Nardarandakı aksiyaya xüsusi yer verib.
Qəzet bu aksiyada açıq-aşkar Livan "Hizbullah"ının dəstəklənməsindən yazıb.