POPULYARXƏBƏRLƏR

Hicab qadağasına təpkilər ölkə sərhədlərini aşdı

Azərbaycanda orta məktəblərdə tətbiq olunan hicab qadağasına etirazlar ölkə sərhədlərindən kənara çıxmağa başlayıb. Artıq İranda yaşayan iki nüfuzlu din xadimi hicab qadağasına münasibət bildirib.

Mediaforum" saytının xəbərinə görə, iki gün öncə İranın din xadimi Ayətullah Nasir Məkarim Şiraziyə ünvanlanan müvafiq suala cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının tam müsəlman bir ölkə, buradakı əhalinin əksəriyyətinin Əhli-beyt tərəfdarı olan müsəlmanlar olduğunu nəzərə alaraq İslam ehkamına və hicaba riayət edilməsi lazımdır: "Əhali dinc yollarla bu İslama zidd göstəriş və qərara qarşı müqavimət göstərsin və bu müsəlman ölkədə İslam müqəddəslərinə qarşı çıxılmasına icazə verməsin. Əlbəttə, müsəlman qızlar öz təhsilini davam etdirməli, qeyrətli Azərbaycan əhalisi isə düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır. Azərbaycanın möhtərəm rəsmilərinə də məsləhətdir ki, əcnəbilərin təhrikinə aldanmayıb öz insanlarının səsini eşitsinlər. Mən lazım və vacib olanı bəyan etdim".
Ayətullah Nuri Həmədani də hicabın İslamın atributlarından olduğunu və qadağanın arxasında Qərb dövlətlərinin layihəsi olduğunu deyib: "Hicab Allahın vacibi hökmlərindəndir. Ümidvarıq ki, müsəlman dövləti olan Azərbaycan müsəlmanların narahatçılığına xoş məramla cavab verəcək. Və hər bir müsəlmana da vacibdir ki, hicabı hifz etmək üçün səy və müqavimət etsin".
Qeyd edək ki, bir qədər əvvəl Ayətullah Safi Qulpayiqani də Azərbaycanda hicab qadağasına narahatlığını Azərbaycan tərəfinə bildirmişdi.
Təhsil naziri Misir Mərdanov ruhanilərinin hicab açıqlamasına münasibət açıqlayıb. Təhsil naziri hicabla bağlı qəbul olunmuş qərarın həyata keçiriləcəyini deyib: "Heç kim buna şübhə etməsin. Bu iş heç kəsə, o cümlədən İslam dininə, müsəlmançılığa qarşı qoyulmayıb. Əslində bizim gördüyümüz iş İslamın nüfuzunu artırmaq üçün atılan addımdır. Mən bunu məsuliyyətlə deyirəm".
Göründüyü kimi, hicab ətrafında vəziyyət getdikcə gərginləşir. Əldə etdiyimiz məlumatlara görə, qadağalarına ölkə xaricindən etirazlar davam edəcək. Nazirin açıqlaması da göstərir ki, rəsmi Bakı yasağın tətbiq olunmasında sona qədər dirəniş göstərmək niyyətindədir. Bu isə yaxşı heç nə vəd etmir. Məsələ burasındadır ki, ötən il Bakıda məscidlər söküləndə və xüsusilə də Yeni Günəşlidə "Fatimeyi Zəhra" məscidinin sökülməsi məsələsi gündəmə gətiriləndə ölkə daxilində baş verən etirazlar, məhkəmə çəkişmələri ilə yanaşı sonda iranlı nüfuzlu ruhanilər Ayətullah Məkarim Şirazi, Safi Qulpayqani məscid sökülməsini pisləmişdilər. Eləcə də Türkiyənin İstanbul şəhərində, İranda məscid sökülməsinə etiraz olaraq aksiyalar keçirilmişdi.
Situasiya oxşar formada cərəyan etməkdədir. Çünki Azərbaycan hakimiyyətinin və onun təbliğatçılarının nə demələrindən, necə "əsaslandırmalarından" asılı olmayaraq, hicab - İslam dinində vacib buyurulan hökmdür. Eyni zamanda baş örtüsünün Azərbaycanda dünyəviliyə təhlükə adlandırılması - absurddur.
Absurd qadağa, şübhəsiz, ümumən müsəlman dünyasında narazılıqla qarşılanacaq. Belə olan halda Azərbaycan hökumətinin "ziyanın yarısından" qayıtması daha məqsədəuyğun olardı. Əksinə, bir neçə məmurun beyninin məhsulu olan bu qadağanın davam etməsi ölkə daxilində narazılıqları artırmaqla yanaşı, xaricdən də təpkiləri artıracaq. Yaxşı olardı ki, Azərbaycan siyasiləri vaxtında müdrik qərar qəbul edib ədalətin yerini almasına mane olmasınlar.
Artıq ölkənin bir sıra regionlarında, eləcə də Bakıda və Gəncədə hicaba kütləvi dəstək aksiyaları təşkil olunub. Məsələyə bir neçə deputat da reaksiya verib. Bu günlərdə isə hicab problemi Milli Məclisdə qaldırılacaq. Bu barədə qəzetimizə deputat İqbal Ağazadə məlumat verdi. O, məsələni parlamentin növbəti iclasında qaldırmaq niyyətindədir: "Çalışacağıq ki, parlament bu məsələyə münasibətini ortaya qoysun".
Bəs, İqbal Ağazadə ilə həmfikir deputatlar varmı? Həmsöhbətim hələ ki daha kimlərin onu dəstəkləyəcəyini bilməsə də, məsələdə həmfikirlərinin olacağına inanır. Digər deputat, az öncə Milli Məclisin komitə iclasında dini qurumlara tətbiq olunan cərimələrin artırılmasına etiraz edən Fazil Mustafa hicab qadağasına qarşı olsa da, mövzunu Milli Məclisin iclasına çıxarmaq istəmir. Ancaq o, parlamentin yaz sessiyasında hicabla bağlı yeni qanun layihəsi hazırlayıb Milli Məclisin müzakirəsinə təqdim edəcəyini deyir: "Hesab edirəm ki, məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Hazırda qanunvericilikdə dəyişikliklərlə bağlı sənəd hazırlayıram, növbəti yaz sessiyasının iclaslarında müzakirəyə təqdim edəcəyəm".
F.Mustafanın sözlərinə görə, məsələnin kökündən həlli üçün hicabın Azərbaycan modeli hazırlanmalı və yaş məhdudiyyəti qanuniləşdirilməlidir: "Təhsil sistemində vahid hicab forması qəbul olunmalıdır. Ölkənin dini qurumları bu formanı müəyyən eləməli, ölkədə təhsil sistemində bu forma qəbul olunmalıdır".

Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"



Yerləşdirilib:1 Yanvar, 2011  21:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com