Tel-Əviv məhkəməsi zorlama və seksual zəmində digər cinayətlərdə ittiham olunan İsrailin sabiq prezidenti Moşe Katsavın işi üzrə hökm çıxarıb.
APA-nın məlumatına görə, məhkəmə qərarında sabiq prezident bu ittihamlar üzrə günahkar sayılıb. İl yarım davam edən qapalı məhkəmənin sonunda üç hakimdən ibarət kollegiya sabiq prezidentin 1996-99-cu illərdə turizm naziri işləyən zaman öz əməkdaşlarını zorladığına dair iki fakt üzrə dəlilləri əsaslı sayıb. Moşe Katsav 2007-ci ilin iyununda – yeddi illik prezidentlik müddətinin başa çatmasına iki həftə qalmış istefa verib.