Bu gün İranın Tehran şəhərinin "Evin" cəzaçəkmə müəssisəsində 2 nəfər edam edilib
APA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, bu barədə Tehran prokurorluğu məlumat açıqlayıb. Edam edilənlər Əli Saremi və Ələkbər Siyadət İsrailin MOSSAD təşkilatına casusluqda və ölkə əleyhinə qruplaşmalarla əlbir olub daxili qarışıqlıq salmaqda ittiham olunublar.