POPULYARXƏBƏRLƏR

Azərbaycanda dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda respublikanın sosial-siyasi həyatında qazanılmış uğurlar qeyd olunub, dövlət-din münasibətlərinin getdikcə daha da tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, İslam və qeyri-İslam təmayüllü bayram və tədbirlərin keçirilməsi, dindarlar üçün yaradılmış münasib şərait ətraflı müzakirə edilib. Ötən illərlə müqayisədə bəzi zərərli yad dini mərasim elementlərinin tətbiqi və icrasında nəzərə çarpan azalma ardıcıl dini siyasətin nəticəsi kimi dəyərləndirilib.

DQİDK sədri Hidayət Orucov hesabat ilində respublikada yüksək səviyyədə keçirilən dini liderlərin ümumdünya Bakı sammitinin böyük ictimai rezonans doğurduğunu bildirib.

Hesabat ilində dövlət başçı İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dini-tarixi abidələrimizin təmir və bərpası, yeni ibadət ocaqlarının tikintisi yüksək qiymətləndirilib. H. Orucov, həmçinin Heydər Əliyev Fondunun da tarixi-dini abidələrin təmiri və tikintisi ilə bağlı fəaliyyət proqramını davam etdirdiyini bildirib.

H. Orucov deyib ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra dini icmaların yenidən qeydiyyata alınmasına başlanıb və bu istiqamətdə işlər davam etdirilməkdədir. Həmçinin, qanuna edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq, dini ibadət yerlərinin tikintisinin və mövcud dini ibadət yerlərinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğunun müəyyənləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı təlimatlar, dini tədris müəssisələrinin fəaliyyətinin tənzimlənməsi qaydaları hazırlanıb: "Dini maarifçilik işinin əsas formalarından biri kimi şəhər və rayon icra hakimiyyətləri ilə təhsil ocaqlarında, cəzaçəkmə müəssisələrində və başqa yerlərdə keçirilən seminar-treninqlər, təsisçisi olduğumuz qəzet və jurnalın, eləcə də digər çap məhsullarının əhali arasında yayılması, həmçinin digər qurumlarla birgə gerçəkləşdirilən qabaqlayıcı tədbirlər şübhəsiz ki, öz müsbət təsirini göstərib".

Toplantı iştirakçılarının nəzərinə çatdırılıb ki, dövlət-din münasibətləri vətəndaşların vicdan azadlığının təmin olunmasının əsas tərkib hissəsi, dövlətin təhlükəsizliyinin və onun idarə olunmasının proqnozlaşdırılmasında prioritet istiqamətlərdən olduğundan Dövlət Komitəsinin bütün əməkdaşları, xüsusilə də bölgələrdə çalışan əməkdaşlar analitik müşahidələr aparmalı, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşmasında həm nəzəri-metodoloji, həm də praktik iş formalarına əsaslanmalıdırlar. Xüsusilə qeyd edilib ki, ölkədəki dini durumun daim sağlam və sivil olması üçün respublika ərazisində fəaliyyət göstərən həm İslam, həm də qeyri-İslam dini icmaları ilə işgüzar münasibətlər ancaq hüquq müstəvisində qurulmalıdır.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin Mərkəzi aparatının və bölgələr üzrə şöbələrinin müdirləri ölkənin din sferasında vəziyyətin sabit olduğunu vurğulayıblar. Respublikanın bütün regionlarındakı dini durum müzakirə olunub və belə bir fikir səsləndirilib ki, hər dindar öncə ölkə vətəndaşıdır, onun sağlam mövqedən dini maarifləndirilməsi, vətəndaşlarımızda yad dini təsirlərə milli-mənəvi dəyərlərlə müqavimət göstərmək qabiliyyətinin aşılanması üçün yerlərdə işin obyektiv dini maarifçilik və sosioloji araşdırmalar mövqeyindən aparılması daim gücləndirilməlidir. Məhz bu format çərçivəsində əvvəlki illərlə müqayisədə bu il dini tədbirlərdə, xüsusilə Aşurada və digər mərasimlərdə yad təsirlərin zəifləməsi müşahidə olunub. Bütün bunlar göstərir ki, Dövlət Komitəsinin hər bir əməkdaşı, digər müvafiq qurumlar və din ictimaiyyəti vətəndaşların dini heysiyyəti ilə oynamaq fikrinə düşən qüvvələrin ifşa edilməsində, xalqın tapındığı milli-dini inanc yerlərinin, dini-tarixi mərasimlərin məkrli niyyətlərlə idarə olunmasının, cəmiyyət və şəriət qanunlarına zidd vərdişlərin qarşısının alınmasında öz səlahiyyətlərindən layiqincə istifadə etməlidirlər.

H. Orucov iclasa yekun vuraraq 2010-cu ilin qurumun fəaliyyətində uğurlu olduğunu vurğulayıb.



Yerləşdirilib:1 Yanvar, 2011  21:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com