Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov bir sıra ərəb dövlətlərinin Azərbaycandakı səfirləri ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla ərəb ölkələri arasında təhsil və mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib.
S. Seyidov Azərbaycanın ərəb dünyası ilə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O, ümid etdiyini bildirib ki, təhsil sahəsində əməkdaşlıq getdikcə güclənəcək.
Görüşdə İraq, İordaniya, Misir, Küveyt, Liviya, Mərakeş, Səudiyyə Ərəbistanı və Fələstinin səfirləri iştirak edib.