Oxucu sual verir: Evdə pişik, dağsiçanı (xomyak) və sairə heyvanları saxlamaq olarmı?
Bu cür heyvanları evdə saxlamaq məsləhət deyil. İslam.az-ın nəlumatına əsasən, əvvəla, onların tükündə olan müxtəlif zərərli bakteriyalar insanın nəfəs yollarına və bağırsağına düşdükdə ağır fəsadlar verə bilər. İkincisi, bu heyvanların tükü adamın paltarına yapışarsa, o paltarda namaz qılmaq batildir. Üçüncüsü, bu heyvanların ağız suyu da adamın paltarına dəysə, qurumayınca o paltarda namaz qılmaq batil sayılır. Dördüncüsü, bu heyvanların sidiyi və peyini hara dəysə, o yer murdar olur və paklanmalıdır (hər nə qədər ehtiyat tədbirləri görülsə də, belə hallar olur).