Oxucu sual verir: Paltarın ətəyi qoyun, inək və toyuq peyininə bulaşıbsa, pak etmək lazımdırmı? Bəs pişik, qarğa və sairə peyini necə?
Əti yeyilən ev heyvanlarının peyini nəcis sayılmır. Yəni bu peyinə nə isə dəysə, onu pak etmək lazım deyil, su ilə yuyub təmizləmək və ya quruyandan sonra ovxalamaq kifayət edər. Əti yeyilən quşların da peyini eyni hökmü daşıyır. Lakin əti yeyilməyən heyvanların (pişik və s.) peyini nəcisdir, nə isə ona bulaşsa pak etmək lazımdır. Əti yeyilməyən quşların (qarğa və s.) peyini nəcis olmasa da, onlardan çəkinmək və bulaşdıqda pak etmək məsləhətdir.