Dünən axşam saatlarında Xocasəndə qəsəbə dindarları həbs edilib.
İslam-Azeri.Az İnternet qəzetinə verilən məlumata görə, axşam saatlarında Xocasən qəsəbəsinin ağsaqalları Hacı Qulu Həşimov, Məşhədi Yusif Əlikramoğlu və qəsəbənin ruhanilərindən olan Hacı Azər Sarıcanov polis idarəsinə aparılıb.
idarəsində onlara qəsəbə məktəbinin direktor müavinini təhqir etmə ittihamları ilə saxladıqlarını bildiriblər.
Evdən aparılan 3 qəsəbə dindarı axşam saatlarında məhkəmə qarşısına çıxarılıblar.
Məhkəmə Hacı Qulu Həşimov və Məşhədi Yusif Əlikramoğluya 10 sutka, qəsəbənin ruhanilərindən olan Hacı Azər Sarıcanova isə 11 sutka həbs cəzası kəsib.
İslam-Azeri.Az İnternet qəzetinə qəsəbənin ruhanilərindən olan Hacı Qulunun oğlu Hacı Rəşadın bildirdiyinə görə, həbs olunan 3 nəfər direktorun müavini ilə ümumiyyətlə görüşməyiblər.
"Həbs edilənlər Təhsil şöbəsinin əməkdaşları ilə görüşüblər" deyən Hacı Rəşad ittihamları əsassız saydıqlarını önə çəkib.
Qeyd edək ki, həbs edilən Hacı Azər Sarıcanov bu görüşə hicablı qızı dərsə buraxılmayan valideyn qismində yollanıbmış.