Oxucu sual verir: Biləkdən aşağı bir əli olmayan adam necə dəstəmaz almalıdır?
Dəstəmaz üzvləri yerində olan adam dəstəmazını kamil şəkildə almalıdır. Amma dəstəmaz üzvlərindən hər hansı biri yoxdursa, qalan üzvlərlə dəstəmaz alınır; əgər dəstəmaz üzvünün yarısı yoxdursa, qalan yarısına dəstəmaz edilir. Əli olmayan adam üzünü gərək o biri əli ilə yusun. Kəsik qolunun biləkdən yuxarı hissəsini də sağlam əli ilə su töküb yusun. Sağlam qolunu isə krantın altına tutmaqla yuya bilər (dirsəkdən aşağı su axıtmaqla). Yaxud həmin qoluna irtimasi dəstəmaz edə bilər. Yəni qolunu su ilə dolu qabın içinə batırar (dirsəyindən suya batırmaq şərti ilə). Başına və ayağına da sağlam əli ilə məsh çəkər.