Oxucu sual verir: Şərab içmək keçmiş dinlərdə, məsələn, Həzrət İsanın (ə) dinində halal idimi?
Allahın haram buyurduğu əsas məsələlər hər zaman haram olub və bundan sonra da haram olacaq. İslam.az-ın məlumatına əsasən, şərab, qumar, zina, oğurluq, qətl, yalan kimi əməllər şəraitdən asılı olmayaraq həmişə günah sayılıb. Allahın heç bir peyğəmbəri bu qəbildən olan haramları halal elan etməyib. Həzrət İsanın (ə) guya şərab içməsi barədə İncildəki məlumatlar isə iftiradır və İncilin təhrif olunduğunu bir daha sübuta yetirir. Həzrət Adəmdən (ə) bu yana hər zaman şərab haram olmuşdur və qiyamətə kimi də haram olaraq qalacaq.