Şənbə günü Fələstinin "İslami Cihad" hərəkatı Qəzzada 200 gənc sakin üçün kollektiv toy keçirib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu formatda nikah varlı olmayan adamlar üçün xərcləri qənaət etməyə imkanı yaradır. Belə ki, bütün xərcləri siyasi təşkilatlar öz üzərinə götürürlər və bu onlara ictimaiyyətə, gənclərə qayğı göstərdiklərini nümayiş etməyə imkan verir.
Tədbirə dini və siyasi çıxışlar, motosikletçilərin paradı, kişilərdən ibarət xor çıxışları və atəşfəşanlıq daxildir. Hər gəlinə təşkilatçılar tərəfindən 1000 dollar pul hədiyyə edilib.