İran səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq Xeyriyyə Birliyinin Baş katibi Seyyid Rza Nəyyirinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib
APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Qeyd edək ki, səfər baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dəvəti ilə baş tutub.