Livanın baş naziri Saad əl-Həriri və "Hizbullah" lideri Həsən Nasrullah arasında razılığa görə baş nazir beynəlxalq məhkəmənin Livanın keçmiş hökumət başçısı Rafiq əl-Həririnin qətli ilə bağlı istintaqın dayandırılmasına çalışacaq
Beyrutda çıxan "Əd-Diyar" qəzetinin məlumatına əsasən, müvafiq razılaşma Suriya və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü nəticəsində əldə olunub. Təşəbbüs Livanda daxili qarşıdurmaya yol verilməməsinə yönəlib.
Xatırladaq ki, Livanın baş naziri Rafiq əl-Həriri 2005-ci il fevralın 14-də Beyrutda bomba partlaması nəticəsində qətlə yetirilib. Terror aktı nəticəsində daha 22 nəfər həlak olmuşdu.