Şəhid Mürtəza Mütəhhəri 36 il öncə bu dünyanı tərk edib. Amma onun bəzi əsərlərinə, çıxışlarına, məqalələrinə nəzər saldıqda belə təsəvvür yaranır ki, sanki alim bizim müasir dövrdə yaşamış, fikirlərini də məhz bizə çatdırmaq istəmişdir. Bu baxımdan Ustadın "Cavan nəslə rəhbərlik" adlı məqaləsindən kiçik bir hissəyə nəzər salmaq olduqca maraqlıdır:
"Müasir dövr cəmiyyətimiz üçün din və məslək baxımından, xüsusilə ictimaiyyətin gənc təbəqəsi üçün sıxıntılı bir dövrdür. Hal-hazırda müasir dövrün tələblərindən doğan bir sıra şübhə və suallar qarşıya çıxmış, qədim suallar isə yenidən müzakirəyə qoyulmuşdur...
Təəssüf doğuran hallardan biri də, bəzi şəxslərin hansısa bir məsələdə qarşılaşdığı şübhəni araşdırmaması, cəmiyyət arasında olan şübhələrin yaranma amilləri haqda düşünməməsidir."