POPULYARXƏBƏRLƏR

Gürcüstan Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin surətlərini Azərbaycana təhvil verəcək

Bu gün Gürcüstanın katalikos-patriarxı II İlya ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə arasında görüş olub


APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən II İlya Hacı Allahşükür Paşazadəni yaxşı tanıdığını, Sovetlər dönəmində konfranslarda və digər dini tədbirlərdə birlikdə sülhü qorumaq üçün çalışdıqlarını bildirib: "Biz çətin zəmanədə yaşayırıq. İndi Qafqazda sülh yoxdur. Buna görə də sizin gəlişinizi biz çox yüksək qiymətləndiririk. Qafqazda və Şimali Qafqazda illərlə yığılıb qalan problemlər öz həllini tapmalıdır. Baş verən hadisələr çox dəhşətli və gözlənilməz hadisələrə gətirib çıxara bilər. Biz tez-tez görüşməliyik. Biz sizin gəlişinizə həmişə şadıq. Xahiş edirəm Azərbaycan prezidentinə mənim səmimi salamlarımı və xoş arzularımı çatdırasınız."

Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Azərbaycan və Gürcüstanın çətin və ağır günlərdə, sevinc və kədəri birgə bölüşdüyünü deyib: "Bu gün Qafqazda ağsaqqal sözünə ehtiyac var. Sizin şəxsinizdə bunu görürəm. Sizin dəfələrlə Bakıya gəlişinizin, Heydər Əliyevlə və İlham Əliyevlə və onun xanımı Mehriban Əliyeva ilə görüşlərinizi yaxşı xatırlayıram. Mənim 60 illik yubileyimizdə iştirakınız sanki mənim başıma tac qoydunuz".

Hacı Allahşükür Paşazadə Azərbaycanın və Gürcüstanın torpaqlarının işğal olunduğunu, ölkələrin ərazi bütövlüyünün pozulduğunu deyib: "Bu gün ağrılarımız da bir-birinə oxşayır. Mənfur düşmənlər gürcü və Azərbaycan xalqlarına problemlər yaradırlar. Qafqazda sülhü təşkil etmək üçün çox iş görmək lazımdır. Torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün biz tez-tez görüşməliyik. Bu görüşlər vacibdir. Biz din adamıyıq. Sülh yolu ilə bu məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili bizi narahat edən məsələdə sülh yolunu axtarırlar, biz də bir din xadimləri kimi onlara əlimizdən gələn köməyi göstərməliyik".

Sonra QMİ sədri Gürcüstan patriarxı II İlyaya onun portreti çəkilmiş xalça bağışlayıb. II İlya isə Hacı Allahşükür Paşazadəyə yaraşıqlı güldan hədiyyə edib.

Tədbirdə II İlya Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə Gelati Akademiyasının üzvü seçilməsi münasibətilə diplom təqdim edib. Azərbaycan səfiri onu Gelati Akademiyasına üzv seçdikləri üçün II İlyaya təşəkkür edib: "Bu bizim xalqlarımız arasında olan dostluğa verilən qiymətdir. Bu diplom mənim üçün fəxrdir və mən harada olsam da xalqlarımızın dostluğunun inkişafına çalışacağam".

Sonra hər iki din xadimi jurnalistlərin suallarını cavablandırıblar. II İlya Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlayıb: "Hesab edirəm ki, münaqişələr bir-birinə oxşayır". II İlya jurnalistlərə 1823-1918-ci illəri əhatə edən QMİ arxivinin surətlərini də Azərbaycana təhvil verəcəyini bildirib.

Tədbirdə Gürcüstan parlamentinin sədr müavini Fridon Todua, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, iki ölkənin din xadimləri iştirak ediblər.



Yerləşdirilib:26 Dekabr, 2010  14:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com