Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Ərəb Dövlətləri Liqasının Avropa Departamentinin müdiri, səfir Faris Əbdülkərim Müsəllimin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın ərəb ölkələri ilə əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiyini və bir sıra sahələrdə, xüsusilə iqtisadi sahədə münasibətlərin sürətlə inkişaf etdiyini təqdirəlayiq hal kimi qiymətləndirib.
F. Ə. Müsəllim isə Azərbaycanla ərəb aləmini müştərək tarixi, mədəni və dini köklərin bağladığını bildirib. Qonaq təmsil etdiyi Ərəb Dövlətləri Liqasının baş katibi Amru Musanın və ümumiyyətlə, bu təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.
Sonra tərəflər bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.