POPULYARXƏBƏRLƏR

Heydər Camal hicab qadağası haqqında

Rusiya İslam Komitəsinin sədri Heydər Camal Azərbaycanda son günlər hökm sürən hicab qadağası ilə bağlı FaktXeber.com-a verdiyi eksklüziv müsahibəsində maraqlı məqamlara toxunub. O, Azərbaycan hakimiyyətinin tutduğu yolun İslam mədəniyyəti ilə ayaqlaşmadığı qənaətindədir. Həmçinin xalq diplomatiyasının yalnız hicab probleminin həllinə yox, Qarabağ məsələsinin həllinə yönəlməldilməsi fikrindədir.


- Cənab Camal, bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycanın orta məktəblərində şagirdlərin hicab geyinməsinə rəsmən qadağa qoyulmuşdur. Bu məsələ ilə bağlı sizin mövqeyinizi bilmək istərdik, bu qadağanı necə qiymətləndirirsiniz?
- Çox mənfi! Mən düşünürəm ki, Bakı Avropa Birliyinin, Parisin və Berlinin yolu ilə gedir. Belə bir yol artıq qardaş Türkiyə tərəfindən tərk olunub. Türkiyədə hal-hazırda başqa proseslər gedir. Ki, bu cür addımlar 1920-ci 30-cu illərdə tapdalanan İslam dəyərlərinin dirçəlişinə yönələn proseslərdir. Rəcəb Tayyib Ərdoğanın gəlişindən qabaq Türkiyənin müsəlmanlarını əziyyətə salır, onların fəaliyyətini məhdudlaşdırırdılar. İndi isə əlhəmdullilah onlar, İslam mədəniyyəti ilə sivilizasiyanın qəbul olunan münasibətlərinin bərpa olunması yolu ilə gedirlər. Amma Bakı İslam düşmənlərinin qərarlarının "kopiya"sı yolu ilə gedir. Və təbii ki, belə qərarlar hakimiyyət ilə xalq arasında olan uçurumu daha da artırır. Ona görə ki, sovetlərin təsirinə baxmayaraq, Azərbaycan xalqı şüuraltı kollektivləşmədə yenə də müsəlman olaraq qalır. Və bunu da nəzərə almaq lazımdır ki, bu qadağa yalnız Parisin, Berlinin islamofob yasaqlarına bənzəmə deyil, həmçinin onlardan pis olan və daha da çox sovet dönəminə xas qadağalara bənzəyir. Deməli, Sovetlərdən çıxan insanlar, sosial sahədə olanları itirdilər, amma azadlıqları, xüsusən vicdan azadlığını əldə edə bilmədilər. Belə qadağalar 1991-ci ildən sonra postsovet xalqlarının tarixi yollarının saxta olmasının göstəricisidir.
- Cənab Heydər Camal, deyə bilərsinizmi, Rusiyanın orta məktəblərində hicaba, ümumiyyətlə dini atributlara qadağalar mövcuddurmu?
- Xeyir, belə bir qadağalar yoxdur. Hətta xaricə getmək üçün pasportda hicablı şəkilin çəkilməsi ilə bağlı qadağa da mövcud deyil.
- Bildiyiniz kimi, Azərbaycanda məhkəmələr, xüsusən belə problemlərdə formal xarakter daşıyır. İnanclı insanlar bu problemin aradan qaldırılması üçün, ümumiyyətlə belə problemlərin olmaması üçün hansı tədbirlər görməlidir?
- İnanclı insanların əsas vəzifəsi dəvətdir. İslamın sosial bazasını möhkəmləndirmək üçün ateist-aqnostiklər və tərəddüd edən insanların arasında, ilk növbədə Azərbaycanın siyasət və mənəvi varlığı olan cavanların arasında İslam elmini yaymaqdır. Və təbii olaraq, mövcud vəziyyətə dünya və xüsusən İslam cəmiyyətinin diqqətini cəlb etmək üçün, İslam alimlərinin və fəallarının iştirakı ilə beynəlxalq xarakter daşıyan tədbirlər keçirmək gərəkir. Təəssüflər olsun ki, bu gün Qərb dövlətləri və İsrail ilə olan münasibətlərin sıxlığına yönəlmiş göstərişlər nəticəsində, Azərbaycan İslam aləmində dərin bir dini-siyasi izolyasiyaya məruz qalıb. Ona görə də, əgər dövlət rəhbərliyi özünü belə münasibətlərə yönəldirsə, əks tərəf xalq diplomatiyasına və İslam aləmi ilə sıx münasibətlərin inkişafına yönəlməlidir. Və bizim bacılara bildirmək lazımdır ki, hicab onların əsarət altında saxlanılması deyil, əksinə, baş örtüyü onların mənliyi, namusu, bayrağı və siyasi deklarasiyasıdır. Xalq diplomatiyası yalnız hicab probleminin həllinə yox, həmçinin Qarabağ məsələsinin həllinə yönəlməlidir. Və Qarabağ problemi dünya müsəlmanlarının gözündə Fələstin problemi ilə bir səviyyə qalxmalıdır.
- Cənab Heydər Cəmal, ətraflı cavablarınıza görə sizə təşəkkür edirik.
Orxan Ələmdar
Aqil Mehdi



Yerləşdirilib:19 Dekabr, 2010  20:45, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com