Süleyman Fərzəliyev-APA. İranın Sistan və Bəlucistan vilayətində terror aktı törədən şəxslər tutulublar. APA-nın "İRİNN"ə istinadən verdiyi xəbərə görə, İranın Təhlükəsizlik Nazirliyi bildirib ki, terrorçulardan biri atışma zamanı öldürülüb, digəri intihar edib, altı terrorçu isə həbs olunub.
Qeyd edək ki, dünən Çabahar şəhərində İmam Hüseyn məscidinin yanında törədilən terror aktı nəticəsində 40 nəfər ölüb, 83 nəfər yaralanıb. Yaralıların əksəriyyəti qadın və uşaqlardır