Oxucu sual verir: Bəzi alimlərin “Əmali” adlı kitabı var. Məsələn, Şeyx Səduq, Şeyx Müfid, Şeyx Tusi və b. “Əmali” nə deməkdir?
“Əmali” ərəb dilində “imla” sözünün cəmidir. İslam.az-ın məlumatına əsasən, bu, hədis rəvayətinin bir növüdür. Keçmişdə bəzi alimlər böyük hədis məclisləri təşkil edərdilər. Həmin məclisdə çoxlu katib (hədisi qələmə alan) iştirak edərdi. Alim ya müəyyən bir mövzu ətrafında, ya da fərqli mövzularda bir neçə hədis rəvayət edər (diqtə yolu ilə), katiblər də həmin hədisləri yazıya köçürərdilər. Belə hədis rəvayəti növünə “imla” deyilir. Böyük alimlərin imla məclislərini bir yerə toplayıb kitab halına salır və adını “əmali” qoyurdular. Bu cür kitablara “Məcalis” də deyirlər.