İordaniya kralı Abdulla, İranla əlaqələrin möhkəmlənməsinin və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
İslam-Azeri.az İnternet qəzetinin ərəb KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə kral, İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşai ilə görüşü zamanı bəyan edib.
O, həmçinin İrana səfər etmək dəvətitş böyük məmnunluqla qəbul etdiyini bildirib.
Qeyd edək ki, son zamanlara qədər rəsmi Əmman və Tehran arasında müəyyən soyuqluq müşahidə edilirdi. Daha çox ABŞ-ın təzyiqlərinə boyun əyən İordaniya, İranla əlaqələrdən çəkinir, bəzən isə Tehranın siyasi addımlarını pisləyirdi.
Lakin kral Abdullanın son bəyanatı regionda ABŞ-ın planlarına uyğun olmayan cərəyanların müşahidə olunduğunu sübut edir.