Qazaxıstanın Sənaye və Texnologiyalar naziri, vitse-baş nazir Aset İsekeşev rəsmi şəkildə bildirib ki, Yeddinci Ümumdünya İslam İqtisadi Forumu 2011-ci il iyun ayında Astanada keçiriləcək, - "İslam.ru" xəbər verir.
"Qazaxıstan hakimiyyəti adından forumun keçiriləcəyi rəsmi tarixi açıqlamaq istərdim: Forum 7-9 iyun 2011-ci ildə keçiriləcək", - deyə İsekeşev Qazaxıstanın paytaxtında keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, ənənəvi olaraq, "İslam Davosu"nun keçiriləcəyi tarix, bu forumun keçiriləcəyi ölkənin hakimiyyəti tərəfindən elan edilir.