"Human Rights Watch": "Beynəlxalq insan haqları təşkilatları hicaba qarşı olan məhdudiyyətləri tənqid edir
"Human Rights Watch": "Beynəlxalq insan haqları təşkilatları hicaba qarşı olan məhdudiyyətləri tənqid edir. BMT-nin uşaq hüquqları üzrə komitəsi məktəblərdəki hicab qadağası ilə bağlı narahatlığını ifadə etmişdir"
Son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla bağlı yaranmış problem, ölkə insanını narahat etməkdədir. Baxmayaraq ki, ölkə Konstitusiyasında və "Təhsil haqqında" qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları dərsə buraxmır. Dünyanın əksər ölkələrində dini etiqadına uyğun zahiri görkəmdə olmaq həm qanunvericilik səviyyəsində, həm də praktik həyatda dəqiq surətdə təmin edilir. Bununla əlaqədar dünyanın məşhur məktəbləri ilə əlaqə yaratmışdıq. Dünya nüfuzlu "Oxford" Universiteti, "Thomas Deacon Academy", "King Edward’s School", "Wimbledon", "Mortensrud", "Hersleb", "Sandaker", "Hedayah Akademiyası" məktəbləri, bundan başqa Massaçusets ştatının 1934 məktəbi və Birmingem məktəbləri "Deyerler.org"-a açıqlamasında onlarda hicab qadağası olmadığını demişdi. İndi isə dünya nüfuzlu insan haqları təşkilatlarına müraciət etdik. İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyət (International Society for Human Rights) və nüfuzlu "Breakthrough" insan haqları təşkilatı "Deyerler.org"-un sorğusuna cavab vermişdir. İndi də insan haqlarının müdafiəsi sahəsində bir nömrəli təşkialtlardan hesab edilən "Human Rights Watch" saytımızın sorğusunu cavablandırıb. Təşkilatın Avropa və Orta Asiya Bölməsinin Cənubi Qafqaz üzrə tədqiqatçısı Qeorqi Qoqianın göndərdiyi cavabı dəyərəli oxucularımızın diqqətinə çatdırıq. "Biz məktəblərdə hicablı şagirdlərə heç bir qanuni əsası olmadan qadağalar tətbiq edilməsindən narahatıq. Sizin suallarınızı beynəlxalq insan haqları və təşkilatımız -"Human Rights Watch"-un dini geyim və simvollar haqqındakı mövqeyi nəzərindən çıxış edərək cavablandıra bilərəm. İnsan haqları dinin azadlığına hüquqi zəmanət verir. Hər kəs fərdi həyatda və cəmiyyət içində qanun çərçivəsində öz dinini öyrənə, öyrədə və nümayiş etdirə bilər. Beynəlxalq insan haqları standartları dövlətlərdən tələb edir ki, hər bir vətəndaşına şəxsi həyatlarını seçməkdə müstəqillik versin. Dövlətlər bərabərliyə, qeyri-diskriminasiyaya, xüsusilə də dininə və cinsinə görə heç bir ayrı-seçkiliyə yol verməməlidirlər.
Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komitəsi müəyyən edib ki, dini simvollar, geyim və başörtüsü dinin ifadə formasıdır və ibadət konsepsiyasına daxildir.
Beynəlxalq insan haqları təşkilatları baş örtüsünə və hicaba qarşı olan məhdudiyyətləri tənqid edir. Avropa Şurasının İnsan Haqları üzrə komissiyasının üzvi Tomas Hammarberq burqa və niqaba qarşı olan ümumi qadağanı "şəxsi həyata müdaxilə" kimi qiymətləndirərək, vurğulamışdır ki, heç kəs dini ifadə hüquququna görə diskriminasiya edilməməlidir. Avropa Şurası və onun Parlament Assambleyasının baş katibi də həmçinin belə qadağalara qarşı çıxır. BMT-nin uşaq hüquqları üzrə komitəsi məktəblərdəki hicab qadağasının uşağın həvəs göstərdikləri ülvi maraqlarına və təhsil hüququna etinasız yanaşılması ilə bağlı narahatlığını ifadə etmişdir. Təşkilatımız - "Human Rights Watch" baş örtüyünün məcburi geyinilməsinin və zorla açılmasının əleyhinədir. Və hər iki siyasətə qarşı çıxır".