Oxucu sual verir: Kəbin kəsilən zaman qızın (qadının) iştirakı və razılığı lazımdırmı?
Kəbin kəsilən zaman hər iki tərəfin razılığı əsas şərtdir. Əgər qız (qadın) və ya oğlan (kişi) kəbinə qəti surətdə razı deyillərsə, bu halda kəbin batil sayılır. Lakin qız razıdırsa, kəbndə iştirak etməsi vacib deyil. İslam.az-ın məlumatına əsasən, əgər istəsə, iştirak edə bilər ya da öz razılığını bir qohumu vasitəsilə (buna şəriətdə vəkil deyirlər) çatdıra bilər. Vəkil qızın adından kəbində iştirak edir, onun razılığın çatdırır, mehriyyə və sairə məsələləri qızın adından həll edir.