Oxucu sual verir: “Məfatihül-cinan” kitabı mötəbərdirmi? Bu kitab barəsində yayılan şayiələr doğrudurmu?
“Məfatihül-cinan” kitabının müəllifi XX əsrin ən böyük hədis və rical alimlərindən sayılan mərhum Şeyx Abbas Qumidir. İslam.az-ın məlumatına əsasən, Şeyx Abbas Qumi (1877-1940) öz ixtisasını mükəmməl bilən təqvalı alim olub. Onun hədis, rical, tarix, əxlaq mövzularında onlarla qiymətli əsəri vardır. “Məfatihül-cinan” kitabı da dua mövzusunda qələmə alınmış ən mötəbər mənbələrdən biridir. Kitab haqqında irəli sürülən şayiələr düşmənlər tərəfindən uydurulub və heç bir əsası yoxdur. “Məfatihül-cinan” kitabına tam etibar edə bilərsiniz.