Bu gün İranın Sistan və Bəlucistan vilayətinin Çabahar şəhərində baş verən terror aktında 4 polis işçisi həlak olub
. APA-nın "İsna" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, vilayətin rəhbəri Seyid Əli Talibi bildirib ki, Çabahar şəhərində partlayışlar zamanı ölənlərdən üç nəfər yüksək rütbəli polis zabitidir. Terror aktı zamanı ölən 40 nəfərdən 33-nün şəxsiyyəti məlum olub. Partlayışlar nəticəsində 83 nəfərin yaralandığı bildirilir. Hazırda terrorçuların tapılması üçün axtarışlar davam edir.