Oxucu sual verir: Asqıran zaman nə isə demək lazımdırmı?
Asqırmaq bəzi kitablarda ani ölüm adlandırılıb. Deyirlər ki, asqırma anında bütün bədən üzvləri, hətta ürək də öz fəaliyyətini ani olaraq dayandırıb, sonra davam etdirir. İslam.az-ın məlumatına əsasən, asqıran adamın Allaha həmd etməsi (“əlhəmdü lillah” deməsi), Peyğəmbərə və nəslinə salavat söyləməsi müstəhəbdir. Həmçinin, adamın yanında kimsə asqırsa, yaxşı olar ki, ona desin: “yərhəmükəllah”, yəni “Allah sənə rəhm etsin”. Əlbəttə, bunların heç biri vacib deyil, müstəhəbdir.