İsrail güc strukturları İordan çayının qərb sahilində HƏMAS hökumətinin keçmiş naziri Vəsfi Kabhanı həbs ediblər. Bu barədə Fələstinin "Əhrar" nsan haqları mərkəzi məlumat verib
2006-cı ildə fələstinli silahlılar İsrail hərbçisi Gilad Şaliti oğurladıqdan sonra İsrail güc strukturları Qərb sahilində HƏMAS-ın bir neçə nümayəndəsini həbs ediblər. 2009-cu ilin martında onların çoxu azadlığa buraxılsa da, son 2 ay ərzində israillilər yenə 3 fələstinli parlamentarini həbs ediblər.
Hüquq müdafiəçilərinin bəyanatına görə, məhbusların işi üzrə keçmiş nazir Vəsfi Kabha doğma Bartayi kəndinin yaxınlığında həbs edilib.
Kabha indiyədək İsrail həbsxanalarında 7 ildən çox vaxt keçirib.
Hazırda İsrail həbsxanalarında HƏMAS-ın parlament blokunun 11 üzvü var.