ABŞ-ın Əfqanıstanda və Pakistanda xüsusi nümayəndəsi Riçard Holbruk kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi bildirib ki, 69 yaşlı Holbruk cümə günü xəstəxanaya yerləşdirilib. Şənbə günü onun aortasında cərrahi əməliyyat aparılıb.