Oxucu sual verir: Bu gecə “mavi Ay” hadisəsi baş verəcək. Ayat namazı qılmaq lazımdırmı?
Ayat namazı aşağıdakı hallarda qılınar: Günəşin və Ayın tutulması, zəlzələ zamanı (hətta insanlar bundan qorxmasalar da). Göy gurultusu, ildırım, qara və qırmızı rəngli küləklərin əsməsi, yerin batması (sürüşməsi), dağıarın uçması kimi təbiət hadisələri zamanı camaatın əksəriyyəti qorxarsa, bu halda da ehtiyata görə ayat namazı qılınar. Lakin “mavi Ay” adlandırılan təbiət hadisəsinin qorxuya səbəb olacağını düşünmürük. Çünki bu fenomenin səbəbləri məlumdur, vaxtı haqqında da cəmiyyətə qabaqcadan xəbər verilib. Ona görə də, “mavi Ay” hadisəsi üçün ayat namazı qılınması vacib sayılmaz.