İranlı rejissor Mehdi Naderi Amerikanın İraqda həyata keçirdiyi işğalçı əməliyyatlardan bəhs edən film çəkib. Kino tənqidçilərinin sözlərinə görə, bu film gələn il Oskar mükafatı almağa ən real namizədlərdəndir, - "MigNyus" xəbər verir.
Film "Əlvida Bağdad" adlanır. Filmin sujeti əsəbi halda balaca iraqlı qızı güllələyən Amerika hərbçisindən bəhs edir. Bundan sonra o psixoloji böhran keçirdir və səhraya qaçır. Burada onu Amerikanın terrorçu adlandırdığı bir şəxs xilas edir.
Film Oskar 2011-ci il mükafatına namizəd kimi rəsmən qeydə alınıb.