Almaniyanın Frankfurt şəhərində İslam mədəniyyət mərkəzində Məhərrəm ayının gəlməsi münasibəti ilə və İmam Zamana(ə.c) başsağlığı vermək üçün "Şəhidlər Şahı İmam Hüseynə (ə) ümumi qəm"adlı əzadarlıq məclisləri keçiriləcək.(abna)
Ona görə də Frankfurt İslam Mədəniyyət Mərkəzi bu mərasimləri 2010-cu il dekabrın 6-dan 18-nə qədər, 13 gecə olmaqla Mədəniyyət Mərkəzində təşkil edəcək.
Frankfurt vaxtı ilə 19.00-da başlayacaq məclislərdə şam və işa namazlarından sonra mərsiyələr və əzadarlıqla yanaşı, Höccətul-İslam vəl-Müslimin Hatəm Puri Kermani də xütbə edəcək.
Proqrama əsasən, Aşuara və Tasua günlərində günorta əzadarlıq mərasimləri də bu mərkəzdə keçiriləcək.