Vyana universitetində Əhli-beyt (ə) məktəbini tədqiq edən fakültənin açılması barədə razılıq əldə edilmişdir.
Şərqşünaslıq fakültəsinin professoru c-b Lulker bu universitetdə Əhli-beyt (ə) məktəbini tədqiq edən ayrıca fakültənin açılması barədə artıq prinsipial razılığın əldə olunmasını bildirmişdir. Professor Lulker deyir: "Vyana universitetinin şərqşünaslıq dekanatlığının rəhbəri professor Viglin xanım ilə də bu mövzu haqqında danışmışıq. O, bu işi xoş qarşıladı və bu haqda İsveçrə elmlər akademiyasının nəzdində olan institutun rəhbəri ilə danışacağını bildirmişdir ki, onlar iki və ya üç şiəşünas aliminin buraya gətirilmə büdcələrini təmin etsinlər. Mən belə fikirləşirəm ki, bu fakültənin açılması - türkşünaslıq və ərəbşünaslıq fakultələri kimi zəruridir".