Rusiyanın keçmiş baş naziri Yevgeniy Primakov, "İsrailə təzyiq edilməzsə, Yaxın Şərq məsələsi həll oluna bilməz",- deyib
Rusiyanın keçmiş baş naziri Yevgeniy Primakov, "İsrailə təzyiq edilməzsə, Yaxın Şərq məsələsi həll oluna bilməz",- deyib. (dunyabulteni) Əgər İsrail rejiminə təzyiq edilməsə, bölgədə sabitlik heç vaxt olmayacaq. Bölgədə vəziyyət daha da pisləşəcək. Primakov "Beynəlxalq Valdai Düşüncə Klubu"nun Maltada keçirilən konfransda açılış nitqini söyləyərkən əlavə edib ki, İsrail rejiminə bütün xarici və beynəlxalq təşkilatlar təzyiq etməlidir. Primakov Yaxın Şərqdəki hazırki vəziyyətin insanlarda radikallığın daha da artmasına gətirib çıxardığını bildirib.