Oxucu sual verir: Öhdəsində qəza namazları olan adam gecə namazı və ya başqa müstəhəb namaz qıla bilərmi? Gecə namazı qılmaq daha yaxşıdır, yoxsa müstəhəb namaz?
Şəriət baxımından öhdəsində qəza namazları olan adam müstəhəb namaz, o cümlədən, gecə namazı qıla bilər. Gecə namazının çox böyük fəziləti var. Amma unutmaq olmaz ki, gecə namazı müstəhəb, qəza namazları isə vacibdir. İslam.az-ın məlumatına görə, əgər insan bunların hər ikisini paralel olaraq icra edə bilirsə, çox yaxşı olar. Ya da gecə namazının qəza namazlarına maneçilik olmayacağına əmindirsə, gecə namazları qılmağının maneçiliyi yoxdur. Lakin gecə namazı və ya istənilən müstəhəb namaz onun qəza namazlarını qılmasına maneçilik törədirsə və təxirə düşməyə səbəb olursa, qəzaları ilk növbəyə salması daha yaxşıdır. Unutmayaq ki, ömür qısa, əcəl qəfildir və qiyamətdə vacibatdan ötrü sorğu-sual olunacağıq.