Ondan nə soruşurdunsa, "bəli" deyə cavab verirdi.
Məsələn:
-Məni tanıyırsan?
-Bəli.
- Bura sənin üçün yaxşıdır, rahatsan?
-Bəli.
Burada olmağınçün sevinirsən?
-Bəli.
-İstəyirsən, çıxaq çöldə bir az gəzək, ürəyin açılsın?
-Yox! Yox! Yox! Amma bu dəfə dad-fəryad edir.
Sonra qocalar evinin işçisi bunun səbəbini izah edir:
-Onu bu bəhanə ilə bura gətiriblər!
***
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" ("İsra", 23.)