Apollon 17" ABŞ-ın açıq fəzaya buraxdığı 11-ci kosmik gəmisi idi. Bu, həmçinin "Apollon" gəmilərinin də sonuncusu idi. 1972-ci il 7 dekabrda Endryu Sernan (komandir), Ronald Evans və Harrison Şmidtdən ibarət heyət Aya uçuş ediblər.
Bu, kosmonavt Sernanın 3-cü uçuşu olub. Belə ki, o, bundan öncə 1966-cı ildə "Gemini 9A", 1969-cu ildə isə "Apollon 10" ilə kosmosa səfər etmişdi. Sonuncu səfərinə görə Sernan NASA tərəfindən xüsusi mükafata layiq görülüb. "Apollon 17" kosmik gəmisi ilə etdikləri səfər nəticəsində Sernanın kosmosda olduğu müddət 23 gün 14 saat 15 dəq, Evansla Şmidtin olduğu müddət isə 12 gün 13 saat 52 dəqiqə təşkil edib. Bu, aşağı Yer orbiti ətrafında açıq səmada uçuş edən sonuncu gəmidir.
"Mavi Mərmər"
Yer kürəsinin ən gözəl görünüşlərindən biri "Mavi Mərmər" adlanan şəkildir. Bu şəkli "Apollon 17"nin heyətindəkilər 7 dekabr 1972-ci ildə çəkiblər. Verilən məlumatlara görə, şəkil təxminən 45 000 km məsafədən çəkilib. Müxtəlif insanların fikrincə, bu, o dövrədək çəkilmiş Yer kürəsinin ən gözəl şəkillərindən biridir.