Oxucu sual verir: Namazdan sonra əlləri möhürə sürtüb sonra üzə çəkərək salavat deməyin mənası nədir?
Namazdan sonra Peyğəmbərə və Onun nəslinə salavat söyləmək müstəhəb əməllərdən sayılır. Amma bu zaman əlimizi möhürə sürtmək barədə dini mətnlərdə səhih bir göstəriş yox dərəcəsindədir. İslam.az-ın məlumatına görə, yəqin ki, bu, sonralar yaranmış bir ənənədir. Ola bilər bunun rəmzi mənası budur ki, sanki insan möhürün müqəddəsliyini öz üzünə daşıyır, başqa sözlə, müqəddəs torpağın nur və bərəkətindən insan özünə pay götürür. Hər bir halda, bunu etmək günah deyil və icazəlidir.