Gələn ilin mart ayının 28-29-da Londonda İslam maliyyələşməsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. "APA-ECONOMICS"in məlumatına görə, konfransda müxtəlif ölkələrdən 100-dən çox maliyyə mütəxəssisi iştirak edəcək.
Konfransın əsas mövzusu İslam maliyyələşməsi platformasının təqdim edilməsi və hazırda dünyada müşahidə olunan qeyri-müəyyən maliyyə və iqtisadi şəraitdə bu növ maliyyə xidmətlərinin üstünlüklərinin müzakirə edilməsidir. Bundan başqa, tədbir iştirakçılarına İslam maliyyələşməsinin investisiya imkanları, bu sahədə son zamanlar müşahidə olunan artım göstəriciləri və onların ənənəvi maliyyə qurum və xidmət növləri ilə müqayisə göstəriciləri təqdim ediləcək.
Qeyd edək ki, konfransın təşkilatçıları rolunda BNE portalı (www.bne.eu) və "Fleming Gulf Conferences" təşkilatı çıxış edir.